Müğənni 6 yaşında təcavüzə məruz qalıb


Digərləri 23 Yan 2020 18:41:00 154 0

Müğənni 6 yaşında təcavüzə məruz qalıb

Amerikalı müğənni Cessika Simson altı yaşında seksual zorakılığa məruz qalıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi öz avtobioqrafik kitabı olan "Open Book"da yazıb:

"Sui-istifadə mənim 6 yaşım olarkən başladı. Ailəvi dostumuzun qızı yatağında mənə yer verdikdən sonra xoşagəlməz şeylər yaşandı. Valideynlərimə hər şeyi danışmaq istəyirdim. Zərərçəkmiş mən idim, amma özümü günahkar hiss edirdim. 12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim. Bundan sonra biz bir daha o evdə gecələmədik və bu hadisə müzakirəyə qoyulmadı".