Vilayət Eyvazovdan yeni TƏYİNAT


Digərləri 23 Yan 2020 18:56:31 115 0

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Bakı. Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.