MSK sədri sosial şəbəkələrlə bağlı namizədlərə müraciət edib


Siyasət 23 Yan 2020 17:10:49 94 0

MSK sədri sosial şəbəkələrlə bağlı namizədlərə müraciət edib

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik".

© Report

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deputatlığa namizədlərə müraciət edib.

"Report" xəbər verir ki, o,namizədləri qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb.

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik.Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”, - MSK sədri əlavə edib.