ABŞ İranın vurduğu bazaya “Patriot” yerləşdirir
Dünya 23 Yan 2020 18:31:00 132 0
ABŞ İran tərəfindən raket atəşinə tutulan İraqdakı hərbi bazasına "Patriot"raketləri yerləşdirəcək.
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foks Nyus" Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.
"İraqdakı ABŞ hərbçilərinin müdafiəsi üçün "Patriot" zenit-raket kompleksləri yerləşdiriləcək", - kanal bildirib.
Kanalın məlumatına görə, İranın raket hücumunun qarşısı məhz raketdən müdafiə sistemlərinin olmadığı üçün alınmayıb. Çünki İran tərəfindən ABŞ bazasına raket hücumu elə də inandırıcı görünməyib.
Mənbə: milli.az