Gürcüstanın XİN başçısı türkiyəli həmkarına təşəkkür edib


Dünya 23 Yan 2020 18:08:26 131 0

Gürcüstanın XİN başçısı türkiyəli həmkarına təşəkkür edib

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğluna ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəyanatına görə təşəkkür bildirib.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğluna ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəyanatına görə təşəkkür edib.

"Report"un yerli bürosu xəbər verir ki, D.Zalkaliani "Twitter" hesabında Türkiyənin XİN başçısına dəstəyə görə minnətdarlığını bildirib.

"Gürcüstanın NATO-ya üzvlüyə yorulmaz səylərini dəstəklədiyinizə görə minnətdaram. Dəstəyinizin önəmi Gürcüstanın hazırda üzləşdiyi problemləri nəzərə olaraq çox böyükdür. Biz NATO-ya üzvlük yoluna möhkəm olaraq sadiqiq", - nazir yazıb.

Qeyd edək ki, M.Çavuşoğlu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın NATO-ya üzvlüyünün vacib olduğunu bildirib.