10 yaşlı uşaq relslərin üzərində sərxoş vəziyyətdə tapıldı


Dünya 23 Yan 2020 18:14:00 125 0

10 yaşlı uşaq relslərin üzərində sərxoş vəziyyətdə tapıldı

Dəmir yolunda relslərin üzərində uzanmış 10 yaşlı məktəblinin sərxoş vəziyyətdə olması görənləri heyrətə gətirib. Onlar dərhal təcili yardıma xəbər veriblər.

Hadisə Rusiyada baş verib.

Son.az oxu.az-a istinadən ki, Saratov sakinləri əvvəlcə uşağın xəstə olduğunu, ya da başına bir iş gəldiyini düşünüblər. Lakin sonradan onun sərxoş olduğu aydınlaşıb.

Hadisə yerinə gələn tibb işçiləri uşağı xəstəxanaya aparıblar. Onun vəziyyəti orta ağır qiymətləndirilir.