Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib


Sosial 23 Yan 2020 17:52:54 161 0

Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib

Azərbaycanda bələdiyyəyə məxsus möhür və ştamp itib.

Azərbaycanda bələdiyyəyə məxsus möhür və ştamp itib.

"Report"un əldə etdiyi məlumata görə, Lerik rayonunun Orand bələdiyyəsinin sədri Hamil Mustafayev yas mərasimində bələdiyyəyə məxsus möhür və ştampı itirib.

Artıq bununla bağlı polisə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.