Avropanın avtomobil bazarında azalma gözlənilir


İqtisadiyyat 23 Yan 2020 17:30:21 118 0

Avropanın avtomobil bazarında azalma gözlənilir

Avropanın avtomobil bazarında azalma gözlənilir

Bu ilAvropada yeni avtomobillərin satışı son 7 ildə ilk dəfə2% azalacaq.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu proqnozlaAvropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA – Association des Constracteurs Europeens d’Automobiles) ekspertləri çıxış edib.

Onların fikrincə, azalmaya səbəbAvropa İttifaqında zərərli tullantılara dair tələblərin sərtləşdirilməsi, ekoloji təmiz nəqliyyatındaha geniş tətbiqidir.

Xatırladaq ki, ötən il qitəninavtomobil bazarında satış 1,2%, təkcə dekabrda isə 21,7% artıb, il ərzində 15,3 milyon avtomobil satılıb.

“Sənayemizin ekoloji avtomobillərə sərmayələrini getdikcə artırdığı bir vaxtda bütövlükdə avtomobil bazarı nəinki Avropa İttifaqında, bütün dünyada azalmalıdır”, - deyə ACEA prezidenti, “Fiat Chrysler Automobiles”in baş direktoru Maykl Manli fikrini bildirib.