Rusiyada koronovirusdan üçüncü şübhəli hal qeydə alınıb


Dünya 23 Yan 2020 17:28:29 111 0

Rusiyada koronovirusdan üçüncü şübhəli hal qeydə alınıb

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Sankt-Peterburq xəstəxanalarında koronavirusdan şübhəli bilinən 3 nəfərin qaldığı barədə məlumat yayıb.

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Sankt-Peterburq xəstəxanalarında koronavirusdan şübhəli bilinən 3 nəfərin müalicə olunduğubarədə məlumat yayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinən digər iki nəfər isə 1 həftə öncə Pekindən gələn Çin və dünən Şanxaydan gələn Rusiya vətəndaşlarıdır.

Məlumata görə, onlara qoyulan ilkin diaqnoz kəskin respirator virus infeksiyasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin rəhbərliyi isəÇindən gələn bütün sərnişinlərin müayinədən keçirilməsi barədə qərar qəbul edib.

“Khaleej Times” qəzetinin yazdığına görə,Dubay aeroportunda Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusla əlaqədar termal sensordan keçəcəklər.

Alparslan Öztürk