“Teatr mənim üçün artıq oyun deyil”


Kriminal 23 Yan 2020 17:27:00 147 0

“Teatr mənim üçün artıq oyun deyil”

"Ölsəm, bağışla" filmi ilə məşhurlaşan Əməkdar artist Gülzar Qurbanova tamaşasının anonsunu fərqli şəkildə reklam edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, "Medeya. Sekvensiya 001" tamaşasından fotolar paylaşaraq bu sözləri yazıb:

"Teatr mənim üçün artıq oyun deyil. O, həyatımın mənasına, etiraza, qiyama, vəziyyətdən çıxış yoluna çevrilib. Hər dəfə ümidsizləşəndə o mənə ümid verir, gəmi qəzasına düşənlərin sahilə üzüb çıxa bildiyi taxta parçasına çevrilir. "Medeya" tamaşasında deyildiyi kimi: Aktyor hər dəfə yenidən doğulan amma gözə görünən bir ruhdur".

Qeyd edək ki, tamaşa 25 yanvar saat 19.00-da "Yuğ" teatrında reallaşacaq. Vladimir Klimenkonun "Medeya Teatrı" pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.