Həkimlərin əməkhaqları artırılır


Digərləri 23 Yan 2020 16:18:00 141 0

Həkimlərin əməkhaqları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında" Qaydanı təsdiq edib.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə; sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə; insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə; ixtisas dərəcəsinə görə əlavə; fasiləsiz əmək stajına görə əlavə; gecə vaxtı yerinə yetirilən işə görə əlavə; əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə; işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:

İxtisasın/vəzifənin adı

Həkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği

Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri

100 manat

Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)

200 manat

Provizor vəzifəsi üzrə çalışan həkimlər

260 manat

Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər

300 manat

Həkim-laborant ixtisası üzrə çalışan həkimlər

340 manat

Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər

"Ailə Sağlamlıq Mərkəzi" şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim

480 manat

Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər

Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq

Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim

570 manat

*Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

İxtisasın və ya vəzifənin adı

Yuxarı kəmiyyət həddi

İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği

Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlər

Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi:

20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması

Tətbiq edilən tarifin 7%-i həcmində

Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 20%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:

60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması

10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat

Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər

Ambulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi:

20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması

İxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində

Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:

Hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 15%-i həcmində

Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlər

Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:

60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsi

Tətbiq edilən tarifin 3%-i həcmində

Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:

Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmur

Tətbiq edilən tarifin 3%-i həcmində

Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlər