AYİB Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısını maliyyələşdirir


Digərləri 23 Yan 2020 16:16:11 124 0

AYİB Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısını maliyyələşdirir

Optimal Elektronika artan tələbi qarşılamaq üçün fəaliyyətini genişləndirir

Bakı. Optimal Elektronika artan tələbi qarşılamaq üçün fəaliyyətini genişləndirir AYİB 11,5 milyon avro ekvivalentində yerli valyutada kredit ayıracaq. Optimal Elektronika kredit vəsaitini maddi aktivlərin və proqram təminatının alınmasına sərf edəcək. Elektronika və məişət texnikasının pərakəndə satıcısı məhsullara artan tələbi qarşılamaq üçün öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısı olan Optimal Elektronika öz fəaliyyətini AYİB-in ayırdığı 11,5 milyon avro ekvivalentində manat krediti ilə genişləndirəcək. 1997-ci ildən fəaliyyət göstərən və bazarda aparıcı şirkətlərdən biri olan Optimal Elektronika hazırda ölkə üzrə 79 satış mağazası ilə müştərilərə xidmət göstərir. Bank tərəfindən ayrılan vəsait yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. AYİB-in ayırdığı kredit həmçinin satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.