28 saat fasiləsiz işləyən taksi sürücüsü sükan arxasında öldü


Dünya 23 Yan 2020 16:02:00 136 0

28 saat fasiləsiz işləyən taksi sürücüsü sükan arxasında öldü

Rusiyada taksi xidməti ilə məşğul olan Tacikistan vətəndaşı vəfat edib.

Son.az oxu.az-a istinadən verir ki, 29 yaşlı sürücünün Moskvanın Domodedovo aeroportu yaxınlığındakı ərazidə sükan arxasında olan zaman ürəyi dayanıb.

İlkin araşdırma zamanı məlum olub ki, gənc taksi sürücüsünün vəfat etməsinə səbəb 28 saat fasiləsiz çalışması və bu zaman ərzində doqquz enerji içkisi qəbul etməsi olub.

Hüquq-mühafizə orqanlarının yaydığı hesabata əsasən, son zamanlar Rusiya ərazisində taksi xidməti ilə məşğul olan şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı yüksəlib.