“Beynəlxalq Şəffaflıq” Təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 26 pillə və 5 bal artıb


Digərləri 23 Yan 2020 16:00:18 109 0

“Beynəlxalq Şəffaflıq” Təşkilatının Korrupsiya Qavrama İndeksində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 26 pillə və 5 bal artıb

Hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb. Trend-in məlumatına görə, keçirilən sistemli islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üzrə tərtib etdiyi Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 30 balla 26 pillə irəliləmişdir. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb. Ötən il dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunub. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması kimi mühüm əhəmiyyətli tədbirlər ölkəmizin mötəbər Korrupsiya Qavrama İndeksində əhəmiyyətli dərəcədə irliləməsi ilə nəticələnib. Dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış və bu daxili göstəricilər beynəlxalq arenalarda öz əksini da tapır. “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 180 ölkədəki inkişaf göstəricilərini korrupsiya təzahürünün mövcudluğu prizmasından qiymətləndirən 2019-cu il üzrə Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 26 pillə irəliləyib. Qeyd edək ki, Transparency International (TI) – Beynəlxalq Şəffaflıq təşkilatı 1993-cü ildə Berlin şəhərində təsis edilmiş təşkilat olub dövlət və özəl sek¬tor¬larda mövcud olan korrupsiya haqqında araşdırmalar apa¬rıl¬ması və digər fəaliyyəti həyata keçirir. Təşkilatın dünyanın 100-dən çox ölkəsində yerli bölmələri mövcuddur. Qu¬ru-mun Azərbaycan nümayəndəliyi olan “Şəffaflıq Azərbaycan” Təş¬kilatı 2000-ci ildə təsis edilmiş və 2001-ci ildə akkre¬di¬ta¬si¬ya¬dan keçərək ölkəmizdə fəaliyyət göstərir. Korrupsiya Qavrama İndeksi (KQİ) müxtəlif mənbələrə əsaslanaraq sistemli şəkildə hər il dünya ölkələrində korrupsiyanın qavranılmasına dair məlumatları və təhlilləri özündə əks etdirən hesabatdır və hesabatda ölkələr üzrə ballar 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.