“Alimlər fermerlərin yanında” layihəsinin icrası davam etdirilir (FOTO)


Digərləri 23 Yan 2020 15:50:15 109 0

“Alimlər fermerlərin yanında” layihəsinin icrası davam etdirilir (FOTO)

Taxıl sahələrində yayılmış “haf” zərərvericisinə qarşı dronlar vasitəsi ilə mübarizə tədbirləri aparılıb

Bakı. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri respublikamızın cənub bölgəsində həyata keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata əsasən, tədbir çərçivəsində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisindəki taxıl sahələrində yayılmış “haf” zərərvericisinə qarşı dronlar vasitəsi ilə mübarizə tədbirləri aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib. Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.