Orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək


Digərləri 23 Yan 2020 15:56:00 168 0

Orta, kiçik tibb və qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr tətbiq ediləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

Bakı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən Trend-ə verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir: sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə; sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə; insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə; ixtisas dərəcəsinə görə əlavə; fasiləsiz əmək stajına görə əlavə; gecə vaxtı yerinə yetirilən işə görə əlavə; əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə; işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə. Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur. Struktur vahidin/vəzifənin adı Sabit əlavələrin məbləği Orta tibb işçiləri (heyəti) Reanimasiya şöbəsi (Laborant vəzifəsində çalışan işçilər istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsi (Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan işçilər istisna olmaqla) 160,00 manat Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan işçilər istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya və doğum, Hemodializ, Laboratoriya, Fizioterapiya şöbələri, Aptek bölməsi, Statistika bölməsində tibbi statistik vəzifəsində çalışan, Radiologiya şöbəsində texnik vəzifəsində çalışan, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçiləri 110,00 manat Ailə Sağlamlıq Mərkəzində çalışan orta tibb işçiləri 80 manat Poliklinika, Radiologiya (Radiologiya şöbəsində texnik vəzifəsində çalışan işçilər istisna olmaqla) şöbələrində, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən, Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölmələrdə orta tibb işçiləri 80,00 manat Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçiləri 40,00 manat Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi 790,00 manat Kiçik tibb işçiləri (heyəti) Reanimasiya şöbəsi və Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində çalışan kiçik tibb işçiləri