Ukrayna əhalisinin sayı kəskin azalıb


Dünya 23 Yan 2020 15:40:16 103 0

Ukrayna əhalisinin sayı kəskin azalıb

Ukrayna əhalisinin sayı açıqlanıb.

Ukrayna əhalisinin sayı açıqlanıb.

“Report” “Meduza”ya istinadən xəbər verir ki, 2019-cu ilin dekabrın 1-nə görə Ukraynaəhalisi 37 milyon 289 min nəfər olub.

Məlumata görə, siyahıyaalınma elektron test formasında aparılıb. Bu statistikada Ukraynanın nəzarət altında olmayan Krım, Luqansk və Donetsk bölgələrinin əhalisi nəzərə alınmayıb.

Qeyd edək ki, müstəqil Ukraynanın tarixində yeganə siyahıyaalınma 2001-ci ilin dekabrın 5-də baş tutub. Nəticələrə görə, ölkədə 48 milyon 457 min nəfər yaşayıb.

Beləliklə, son 18 ildə Ukrayna əhalisinin sayı 11 milyon azalıb.

1989-cu ildə SSRİ-nin siyahıyaalınmasına görə, Ukrayna əhalisi 51 milyon 707 min olub.

Alparslan Öztürk