Qəbiristanlıqda quldurluq edən şəxs saxlanıldı


Digərləri 23 Yan 2020 15:44:41 111 0

Qəbiristanlıqda quldurluq edən şəxs saxlanıldı

Polis əməliyyat-axtarış tədbirləri aparıb

Bakı. Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata əsasən, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, olmadığını dediyindən döyüb mobil telefonunu aldıqlarını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.