Ermənistan TŞ katibi: "Hakimiyyət dəyişikliyindən sonra bir neçə dəfə çevriliş cəhdləri olub"


Dünya 23 Yan 2020 15:01:49 113 0

Ermənistan TŞ katibi: "Hakimiyyət dəyişikliyindən sonra bir neçə dəfə çevriliş cəhdləri olub"

Konkret adlar çəkməyən TŞ katibi həmin hərəkətlərin hüquqi nəticələrinə aydınlıq gətirməyib.

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan son hakimiyyət dəyişikliyindən, Nikol Paşinyanın baş nazir kürsüsünə gəlməsindən sonra ölkədə bir neçə dövlət çevrilişi cəhdinin olduğunu bildirib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, konkret adlar çəkməyən TŞ katibi həmin hərəkətlərin hüquqi nəticələrinə aydınlıq gətirməyib.

O deyib: “İndi müxtəlif insanların fikirlərini, rəylərini hüquqi nəticəyə bağlamaq çətindir. Onların hərəkətlərini məqsədləri ilə bağlamaq müşkül məsələdir”.

Buna baxmayaraq,Ermənistan Təhlükəsizlik Xidmətindən dövlət çevrilişi cəhdi ilə bağlı hər hansı məlumat almadıqlarını bildiriblər.