"Mənim çəkdiyimi fil çəkə bilməz"


Şou-biznes 23 Yan 2020 14:45:00 169 0

"Mənim çəkdiyimi fil çəkə bilməz"

Xalq artisti Teymur Mustafayev "Şou ATV"nin efirində keçən ilin sonunda həyat yoldaşını itirməsindən sonra efirlərə çıxaraq heç nə olmamış kimi davranışına görə onu qınayanlara cavab verib.

Son.az xəbər verir ki, 81 yaşlı xanəndə dərdinin çox böyük olduğunu, amma bunu tamaşaçılara hiss etdirmək istəmədiyini bildirib:

"Mənim çəkdiyimi fil çəkə bilməz. Hamının dərdi özünə fil yüküdür. Dərdimi mən heç vaxt bölmək istəmirəm. Sevincim olanda sevincimi bölərəm. Sevinci böləndə çoxalar, qəti qorxusu olmur. Hamının dərdi var".