"Çox yüksək təbəqəyə çıxıram"


Şou-biznes 23 Yan 2020 14:39:00 169 0

"Çox yüksək təbəqəyə çıxıram"

Niyə müzakirə olunan, sadəcə, müğənninin dekoltesidir? İki dəfə paltardan yazanda, üç dəfə də başqa xəbərlər yazsınlar. Bu, sözün yaxşı mənasında, populyar olan insanın aqibətidir. Onun haqqında yazmalıdırlar. Mən bunu artıq anlayıram və belə də qəbul edirəm. Mənim prodüserim Yalçın bu mövzuda tam əksini düşünür. O söyləyir ki, "Mən etiraz etmirəm, qoy sənin dekolteni müzakirə etsinlər. Bu mövzu sosial medianın diqqətini bu dərəcədə çəkirsə, mən yalnız müsbət fikirdəyəm".

Bu sözləri son günlər geyindiyi açıq-saçıq geyimlərə görə, sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunan Xalq artisti Tünzalə Ağayeva oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib:

Dünya ulduzları da bahalı geyinir. Bəlkə də, biz onların etdiklərinin ən zəifini edirik. Elə olub ki, paltarımın ümümi büdcəsi 200 manatı keçmir. Amma elə olub ki, dilə gətiriləsi məbləğ deyil. Yəni, libasım çox bahalı olub. Çox məşhur markalara müraciət edirəm. Bu məsələyə özəlliklə yanaşırıq. Sənətim və görünüşüm bir-birini tamamlamalıdır.

Biz bunun üzərində uzun yol keçmişik, birdən-birə olmayıb. Çox yüksək təbəqəyə çıxıram. Yüksək təbəqənin tədbirlərində oluram. Bunu məndən cəmiyyətdə olduğum statusum tələb edir".

"Sizi estradamızın ən bahalı geyinən məşhuru adlandırmaq olar?" sualına T.Ağayeva cavabı ilə gah nala, gah da mıxa vurdu: