Sergey Slobodçuk: Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır


Digərləri 23 Yan 2020 14:38:02 118 0

Sergey Slobodçuk: Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır

Davos Azərbaycan üçün Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Rusiyanın maraqlarını birləşdirmək üçün məkandır

Bakı. Hüseyn Səfərov - Azərbaycan Cənubi Qafqazda aparıcı neft-qaz tədarükçüsüdür, ona görə də perspektiv baxımından Davos forumu Azərbaycan üçün həm taktiki, həm də strateji cəhətdən maraqlıdır. Bunu Trend-ə ukraynalı politoloq Sergey Slobodçuk deyib. O bildirib ki, Davos forumu ilk növbədə onunla maraqlıdır ki, burada Azərbaycanın Trans-Adriatik qaz boru kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya qaz nəqlində iştirakı sayəsində enerji bazarında yeni statusunu bəyan etmək olar: “Biz Azərbaycanın adının hallandığı mərkəzi mövzunun “Cənub Qaz Dəhlizi” vasitəsilə qaz tədarükünün olduğunu görürük. Azərbaycan Prezidenti vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” ilə qaz 2020-ci ilin ortalarında nəql olunacaq. Biz bilirik ki, TANAP Avropanın qaz-nəqliyyat sisteminə 2019-cu il noyabrın sonunda qoşulub. TAP-ın işə salınması isə 2020-ci ildə planlaşdırılır”. Politoloqun sözlərinə görə, Rusiya “Cənub Qaz Dəhlizi”ndə maraqlı ola bilər, bu layihə “Qazprom”un qaz nəqli üçün də maraq kəsb edə bilər: “Bir sözlə, Davos Azərbaycan üçün Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Rusiyanın maraqlarını birləşdirmək üçün məkandır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin