Azərbaycan nefti ucuzlaşır


Digərləri 23 Yan 2020 14:06:00 118 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 66,94 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 66,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,30 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.