Elməddinin serialı bəyənilmədi,


Şou-biznes 23 Yan 2020 13:50:00 199 0

Elməddinin serialı bəyənilmədi,

"Leyli və Məcnun" serialının yayımı dayandırılan aktyor Elməddin Cəfərov yeni layihə ilə qayıdır.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə "Ailəmiz" serialı ilə tamaşaçıların qarşısına çıxacaq.

Ekran işində "Bacanaqlar"ın aktyorları - Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktrisa Sevinc Əliyeva və başqaları yer alacaqlar. Serial yaxın günlərdə ATV-də yayımlanacaq.

Qeyd edək ki, "Leyli və Məcnun" serialı sosial şəbəkədə də tənqid edilmiş, tamaşaçılar tərəfindən bəyənilməmişdi. Ekran işinin reytinq toplamadığı üçün yayımdan qaldırıldığı iddia olunub.