Türkiyədə yenidən zəlzələ olub - YENİLƏNİB


Dünya 23 Yan 2020 13:12:00 130 0

Türkiyədə yenidən zəlzələ olub - YENİLƏNİB

Türkiyənin paytaxtı Ankarada ard-arda üç zəlzələ olub.

Türkiyənin Manisa şəhərində növbəti güclü zəlzələ olub.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar3.9 bal gücündə olub.

Qeyd edək ki, bu gün səhər saatlarındaManisa şəhərində 3 baldan güclüzəlzələ qeydə alınıb. Həmçinin Egey bölgəsi və Ankarada da zəlzələ olub.

*** 09:24

Türkiyənin paytaxtı Ankarada ard-arda 3 zəlzələ olub.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlarsaat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.

Ankara valisi bildirib ki, zəlzələ nəticəsindədağıntı və ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Alparslan Öztürk