Avstraliyada yanğın söndürən təyyarə qəzaya uğrayıb


Dünya 23 Yan 2020 13:00:00 124 0

Avstraliyada yanğın söndürən təyyarə qəzaya uğrayıb

Avstraliya Xilasetmə Xidməti Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarənin qəzaya uğradığı haqqında məlumat verib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan üç nəfər həlak olub.

Xatırladaq ki, Avstraliyada rəsmilər ölkənin cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatı ərazisində meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarə ilə əlaqənin kəsildiyini bildirmişdilər.