Azərbaycanda 83 əcnəbi qaçqın statusu alıb


Digərləri 23 Yan 2020 12:38:00 130 0

Azərbaycanda 83 əcnəbi qaçqın statusu alıb

Azərbaycanda qaçqın statusu alan 83 nəfər əcnəbi var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi qeyd edib ki, həmçinin Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş mandat əsasında yaşayan şəxslər də var.

"Onların sayı hazırda 2 min 101 nəfərdir. Azərrbaycanda qaçqın statusu alan müxtəlif ölkə vətəndaşları olsa da, Əfqanıstan vətəndaşları çoxluq təşkil edir. Qaçqınlar arasında İran, Suriya, Rusiya və Misir vətəndaşları da var", - V.Hüseynov bildirib.