"Kontakt Home"da pulsuz kofe için və 2400 AZNlik hədiyyə qazanın


Digərləri 23 Yan 2020 12:20:57 91 0

"Kontakt Home"da pulsuz kofe için və 2400 AZNlik hədiyyə qazanın

Pulunuz cibinizdə qalsın, 30 yanvara kimi isti kofe üçün kofeşoplara baş çəkməyə ehtiyac qalmadı. Bəxtiniz üzünüzə gülsə, hətta ömürlük kofeyə pul xərcləməli olmayacaqsınız. Əgər gülməsə, "Kontakt Home"un üzünüzü güldürəcək bir yeniliyi daha var. 5 dəqiqə ərzində zövqünüzü oxşayacaq və görən kimi dostlarınızla paylaşmaq istəyəcəyiniz fərqli portretə sahib olacaqsınız.

İstər işə gedəndə, istər nahar fasiləsində, istərsə də işdən qayıdanda kofenizi "Kontakt Home"un Sahil, İnşaatçılar və ya Azadlıq metrosu mağazalarından birində pulsuz içə bilərsiniz.

Hər kəs tərəfindən isti qarşılanan bu kampaniyanın şərtləri də olduqca sadədir.

Deməli, 2400 AZN-lik Delonghi kofebişirəni qazanmaq üçün: - 18-30 Yanvar tarixlərində, saat 12:00-dan 21:00-a qədər Sahil, İnşaatçılar və ya Azadlıq metrosu mağazalarından birinə gəlirsiniz; - Sevdiyiniz kofeni ödənişsiz sifariş edib, içirsiniz, indidən nuş olsun deyək :) Bu zaman rəssamlar sizin şəklinizi stəkanın üzərinə çəkəcəklər; - Rəssam toxunuşlarının yaratdığı gözəl portretin yer aldığı stəkanla Delonghi zonasında şəkil çəkdirirsiniz;

- Bu şəkli hər kəsə açıq şəkildə öz Facebook səhifənizdə paylaşırsınız;

- Hər iki səhifəni (De'Longhi Azerbaijan və Kontakt Home) izləyirsiniz (follow);

- Bu postun şərh hissəsində "İştirak edirəm" yazırsınız.

- Müsabiqədə son iştirak tarixi: 30 Yanvar, saat 21:00-a qədər.