Böyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaq


Sosial 23 Yan 2020 11:54:33 147 0

Böyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaq

"Böyük qala küçəsi 3 və 5 ünvanında iki qəzalı binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır".

"Böyük qala küçəsi 3 və 5 ünvanındakı iki qəzalı binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır".

"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin evlərdə yaşayan 17 ailənin hamısı müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

Ə.Ələkbərov qeyd edib ki, ilin ortalarına qədər Bakı Xanları evində yeni muzey təşkil olunacaq: "Muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq".