Çində koronavirusa yoluxanların sayı 617 nəfərə çatıb - YENİLƏNİB


Dünya 23 Yan 2020 12:07:00 110 0

Çində koronavirusa yoluxanların sayı 617 nəfərə çatıb - YENİLƏNİB

​Çində koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 617 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi yayıb.

Bildirilib ki, yoluxma halları ən çox Hubey əyalətinin Uhan şəhərində qeydə alınıb – 444 hal.

*** 06:24

Çinin müxtəlif əyalətlərində koronavirusa yoluxanların sayı 571 nəfər təşkil edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, onlardan 95-i ağır vəziyyətdədir.

Virus Çin Xalq Respublikasının 25 əyalətində və mərkəzi şəhərlərində yayılıb.

Son sutka ərzində 24 əyalətdə və şəhərdə 131 yeni yoluxma sayı və 8 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin hamısı 65 yaşdan qoca insanlardır.

Ölkənin 13 əyalətində həmçinin koronavirusa yoluxma şübhəsi ilə 257 yeni hadisə qeydə alınıb.

Daha əvvəl Çində koronavirusa 473 yoluxma və 17 ölüm hadisəsi barədə xəbər verilib.