Xızıda narkotik satan keçmiş məhkum saxlanılıb


Sosial 23 Yan 2020 12:11:22 162 0

Xızıda narkotik satan keçmiş məhkum saxlanılıb

Xızıda narkotik satan&keçmiş məhkum saxlanılıb.

Xızıda narkotik satankeçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə,Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.