Parament seçkilərində beynəlxalq müşahidəçilərin sayı açıqlanıb


Digərləri 23 Yan 2020 12:11:00 117 0

Parament seçkilərində beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Hazırda olan məlumata görə, Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiya olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər: "Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi seçkilərdə bütün respublika ərazisində müşahidı aparmaq üçün ərzizələr Mərkəzi Seçki Komissiyasına səsverm gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilrin də akreditasiyası həmin gün qədər davam edəcək və bü günlədə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması bu günlədə daha da intensivləşəcək".