Əsgər Ələkbərov: İçərişəhər xüsusi status alıb


Digərləri 23 Yan 2020 12:11:00 158 0

Əsgər Ələkbərov: İçərişəhər xüsusi status alıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib

Bakı. İlhamə İsabalayeva - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Bakının mərkəzi rayonunun yaradılmasına münasibət bildirib. Trend-in məlumatına görə, Ə.Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında keçən ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirdiyini bildirib və qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır. Ə.Ələkbərovun sözlərinə əsasən, Bakıda yeni mərkəz yaradılsa da, İçərişəhərin artıq özünün xüsusi statusu var.