Koronavirusa yoluxan şəxsi xüsusi xərəklə daşıdılar


Dünya 23 Yan 2020 12:05:00 264 0

Koronavirusa yoluxan şəxsi xüsusi xərəklə daşıdılar

Ölümcül xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə Çində bir sıra tədbirlər görülür.

Son.az Mirror-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi koronavirusa yoluxan şəxs təcili tibbi yardımdan xüsusi xərəklə çıxarılır. Xərəyin ətrafı plastiklə möhürlənib. Həmin xəstələrin müalicəsi üçün xüsusi palatalar qurulub.

"Chinese Science Bulletin"də nəşr olunan yazıya görə koronovirusun mənbəyi Çinin məşhur yeməklərindən biri sayılan yarasa supudur. Belə ki, xəstəlik insana supun içinə qoyulan yarasa vasitəsi ilə keçir.

Qeyd edək ki, 576 nəfər bu virusa yoluxub. Onlardan 20-si tibb işçiləridir. Bu günə qədər xəstəlikdən 17 nəfər ölüb.