AŞ PA təmsilçiləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür


Siyasət 23 Yan 2020 11:43:00 127 0

AŞ PA təmsilçiləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

Görüşlərdə bu ilin fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunur.