Trend BİAnın baş direktoru Mixail Qusmanı təbrik edib


Siyasət 23 Yan 2020 11:45:00 134 0

Trend BİAnın baş direktoru Mixail Qusmanı təbrik edib

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov TASS agentliyinin baş direktorunun birinci müavini, məşhur jurnalist və teleaparıcı Mixail Qusmana 70 illiyi münasibətilə təbrik ünvanlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mixail Solomonoviç! Sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm! Sağlamlıq və firavanlıq arzu edirəm! Siz artıq həyatda demək olar ki, hər şeyə nail olmusunuz! Biz hamımız təəccüblənirik, sevinirik və heyranlıq duyuruq! Əlbəttə ki, bu nailiyyətlərə yaxşı mənada paxıllıq edirik!

120 yaşınıza qədər isə hələ yarım əsr var! Xoşbəxt və tələb olunan olun! Qucaqlayıram.

Dərin hörmətlə, İlqar Hüseynov!".