Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək


Digərləri 23 Yan 2020 11:59:16 148 0

Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş «Qremmi» mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.

Bakı. Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş «Qremmi» mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Mərkəzdən Trend-ə bildirilib ki, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə «Qremmi» mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə «Qremmi» mükafatı alan ilk müğənnidir. Dayan Rivs, həmçinin Corc Kluninin altı «Oskar» qazanmış «Gecəniz xeyrə və uğurlar» (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə «Qremmi»yə layiq görülüb. Onun sonuncu «Gözəl həyat» («Beautiful Life») albomu da 2015-ci ildə «Qremmi» alıb. Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.