Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 47% artıb


İqtisadiyyat 23 Yan 2020 11:34:53 116 0

Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 47% artıb

​Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 47% artıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il yanvarın 1-dək təqribən 282 mlrd. kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Məlumata görə, bu həcmin 165 mlrd. kubmetri AÇG blokunun, 117 mlrd. kubmetri isə “Şahdəniz” yatağının payına düşür.

2019-cu il ərzində 35 616,5 mln. kubmetr qaz hasil edilib ki, bu da 2018-ci ilin hasilat göstəricisindən (30 490,3 mln. kubmetr) 5 126,1 mln. kubmetr (16,8%) çoxdur. Hesabat dövründə SOCAR üzrə 6 818,6 mln. kubmetr qaz hasil edilib ki, bu da 2018-ci ildən 293 mln. kubmetr və yaxud 4,5% çoxdur. AÇG üzrə səmt qazı hasilatının həcmi 2019-cu ildə 11 986,2 mln. kubmetr olub ki, bu göstərici 2018-ci illə müqayisədə 519,6 mln. kubmetr və yaxud 4,2% azdır. “Şahdəniz” yatağı üzrə ötən il qaz hasilatının həcmi 16 811,7 mln. kubmetr olub. Bu isə 2018-ci illə müqayisədə 5 352,8 mln. kubmetr və yaxud 46,7% çoxdur.