Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb - RƏSMİ


Sosial 23 Yan 2020 11:36:11 145 0

Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb - RƏSMİ

Xaçmazda restoranda fəhlənin ölümü ilə bağlı cianyət işi başlanılıb.

Xaçmazda restoranda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən “Aygün” şadlıq sarayında hündürlükdən yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilibvə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülən Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq vəfatına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

B.Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.