Moskvada hoteldə atəş açılıb, yaralananlar var


Dünya 23 Yan 2020 10:30:31 100 0

Moskvada hoteldə atəş açılıb, yaralananlar var

Yaralılar xəstəxanaya çatdırılıblar

Naməlum şəxslər Moskvanın cənub-qərbindəki hotelə girərək vətəndaşlarla yaranmış münaqişə zamanı atəş açıblar.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva Baş İdarəsindən bildirilib.

Məlumata görə, hələlik müəyyən edilməmiş silahdan açılan bir neçə atəş nəticəsində 2 kişi güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Polis faktla bağlı araşdırma aparır.