Rövzət Qasımov: ”Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub”


Sosial 23 Yan 2020 10:39:44 171 0

Rövzət Qasımov: ”Exit-poll”la bağlı MSK-ya müraciətlər daxil olub”

“Exit-poll” keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.

© Report / Firi Salim — Rövzət Qasımov

“Exit-poll” keçirmək istəyən təşkilatlar qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavininin sözlərinə görə, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.