“Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar (FOTO)


Digərləri 23 Yan 2020 10:23:52 120 0

“Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar (FOTO)

Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər

Bakı. Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər. Trend-in məlumatına əsasən, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar. Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.