İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub


Siyasət 23 Yan 2020 10:16:52 128 0

İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

​Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı

Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.

“Report”un xəbərinə görə, deputatlığa namizədlərin 282-i nəfəri işsiz, 40-ı isə təqaüdçüdür.

Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.