BNA bəzi ərazilərdə işıqforun vaxt planına dəyişiklik edib


Digərləri 23 Yan 2020 10:17:00 132 0

BNA bəzi ərazilərdə işıqforun vaxt planına dəyişiklik edib

Dörd ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib

Bakı. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir. Trend-in BNA-ya istinadən verdiyi məlumata əsasən, bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib. Bildirilir ki, Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində, eləcə də Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb. Məlumatda qeyd edilir ki, Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində işıqforun vaxt planına dəyişiklik edilib. Həmçinin İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.