Bakıda saxta pulla telefon alan şəxs saxlanılıb


Sosial 23 Yan 2020 09:59:20 154 0

Bakıda saxta pulla telefon alan şəxs saxlanılıb

Bakıda saxta pulla telefon alan şəxs saxlanılıb.

Bakıda saxta pulla telefon alan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefonu alıb.

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdırılır.