“Sponsorum var deyib filmə çəkilirlər”


Şou-biznes 23 Yan 2020 09:36:00 172 0

“Sponsorum var deyib filmə çəkilirlər”

Xarici görünüşündəki dəyişikliklə diqqətləri üzərinə çəkən Əməkdar artist Nahidə Orucova bu səbəbdən rejissorların onu seriallara dəvət etmədiyini açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "Şou news"a danışan aktrisa rejissorlardan xeyli gileylənib:

"Aktrisaya dəyər vermək lazımdır. Bu yaşda olan aktrisalar daha çox işləmək istəyir. Çalışmadıqca insan pas atır. Bizi yada salmırlarsa, onlar peşəkarlığı itirirlər. İndi baxıram seriallarımız bərbad gündədir. Ağlayırlar, gülürlər amma peşəkarlıq yoxdur. Seriallara heç çəkilmək də istəmirəm. Bədii filmlərə dəvət alıram. Onlar və teatrdakı rollarım mənə kifayət edir. "Sponsorum var deyib" seriala, filmə çəkilmək düzgün deyil".

Nahidə Orucova müğənnilərin "aktrisalar oxuyursa, biz niyə aktrisalıq etməyək" fikrinə də münasibət bildirib: