Ankarada bir saatda 3 dəfə zəlzələ olub


Dünya 23 Yan 2020 09:24:53 114 0

Ankarada bir saatda 3 dəfə zəlzələ olub

Türkiyənin paytaxtı Ankarada ard-arda üç zəlzələ olub.

Türkiyənin paytaxtı Ankarada ard-arda 3 zəlzələ olub.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlarsaat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.

Ankara valisi bildirib ki, zəlzələ nəticəsindədağıntı və ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Alparslan Öztürk