Gəncədə itkin düşən qadın tapılıb


Sosial 23 Yan 2020 09:26:50 135 0

Gəncədə itkin düşən qadın tapılıb

Gəncədə itkin düşən qadın tapılıb.

Gəncədə itkin düşən qadın tapılıb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 6-da şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Sevinc Quluyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quluyeva Gəncə şəhər ərazisində tapılaraq yaxınlarına təhvil verilib.