Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək


Digərləri 23 Yan 2020 09:20:41 128 0

Dəqiq elmlər üzrə oxuyan gənclər humanitar yönümlü tədqiqatlara cəlb ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görməyi nəzərdə tutur

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlər görməyi nəzərdə tutur. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. İclasda Təhsil Nazirliyi ilə birgə humanitar elmlərə dair dərslik və dərs vəsaitlərinin ərsəyə gətirilməsi ilə bağlı təkliflərin hazırlanması, humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən ali məktəblərin son kurs tələbələri ilə ədəbi-mədəni görüşlər keçirilməsi tapşırılıb.