ABŞda atışma olub: ölən və yaralılar var


Dünya 23 Yan 2020 09:00:00 118 0

ABŞda atışma olub: ölən və yaralılar var

ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.

Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.